AVRO-2020: Türkiyə qrup liderliyinə yüksəlib, Ronaldo 4 qol vurub

Son dünya çempionu Fransa Andorranı 3, Türkiyə Moldovanı 4 cavabsız qolla məğlub edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 08:58

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura yekun vurulub.

 

İnterAz-ın məlumatına görə, turun son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunub. A və B qruplarında 2, H qrupunda isə 3 matç keçirilib.

 

Qarşılaşmalarda yüksək məhsuldarlıq qeydə alınıb. Qapılara ümumilikdə 34 qol vurulub. Son dünya çempionu Fransa Andorranı 3, Türkiyə Moldovanı 4 cavabsız qolla məğlub edib. 

 

Dünya çempionlarının heyətində Antuan Qrizmann ötən tur Albaniya ilə matçda olduğu kimi, yenə penaltidən yararlana bilməyib. H qrupunun daha bir matçında İslandiya səfərdə Albaniyaya uduzub. Nəticədə Türkiyə daha üstün top fərqinə malik olduğu üçün Fransanı geridə qoyaraq, liderliyə yüksəlib. İslandiya isə bu iki komandadan 3 xal geri düşüb.

 

A qrupunda İngiltərə Kosovo ilə görüşdə məhsuldar qələbəyə imza atıb - 5:3. 

 

Çexiya isə səfərdə Monteneqronu 3:0 hesabı ilə yenərək, 2-ci pilləyə qayıdıb.

 

Nəhayət, B qrupunda Portuqaliya səfərdə Litvanı darmadağın edib - 5:1. Qollardan 4-nü Kriştianu Ronaldu vurub. 

 

Lüksemburq isə Serbiyaya 1:3 hesabı ilə uduzaraq, 2-ci pilləni əldən verib.

 

AVRO-2020, seçmə mərhələ

 

VI tur

 

A qrupu

 

22:45. İngiltərə - Kosovo - 5:3

 

Qollar: Rəhim Sterlinq, 8. Harri Keyn, 19. Mergim Voyvoda, 38 (öz qapısına). Ceydon Sanço, 44; 45+1 - Valon Berişa, 1; 49. Vedat Muriç, 55 (pen.)

 

İstifadə olunmamış penalti: Harri Keyn, 65 (İngiltərə)

 

22:45. Monteneqro - Çexiya - 0:3

 

Qollar: Tomaş Suçek, 54. Lukaş Masopust, 58. Vladimir Darida, 90+4 (pen.)

 

Xal durumu: İngiltərə - 12 xal (4 oyuna), Çexiya - 9 (5), Kosovo – 8 (5), Monteneqro - 2 (5), Bolqarıstan – 2 (5).

 

B qrupu

 

22:45. Litva - Portuqaliya - 1:5

 

Qollar: Vitautas Andryuşkeviçyus, 28 - Kriştiano Ronaldo, 7 (pen.); 62; 65; 76. Vilyam Karvalyu, 90+2

 

22:45. Lüksemburq - Serbiya - 1:3

 

Qollar: Davit Turpel, 66 - Aleksandar Mitroviç, 36; 78. Nemanya Radonyiç, 55

 

Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya - 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5)

 

H qrupu

 

22:45. Albaniya - İslandiya - 4:2

 

Qollar: Kastriot Dermaku, 32. Elseid Husay, 52. Odise Roşi, 79. Sokol Çikalleşi, 83 - Gilfi Siqurdsson, 47. Kolbeyn Siqtorsson, 58

 

22:45. Fransa - Andorra - 3:0

 

Qollar: Kinqsli Koman, 18. Kleman Lanqle, 52. Vissam Ben Yedder, 90+1

 

İstifadə olunmamış penalti: Antuan Qrizmann, 28 (Fransa)

 

22:45. Moldova - Türkiyə - 0:4

 

Qollar: Cenk Tosun, 37; 79. Deniz Türüc, 57. Yusuf Yazıcı, 88

 

Xal durumu: Türkiyə - 15 xal (6 oyuna), Fransa - 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6).