ABŞ millisi basketbol üzrə dünya çempionatında mükafatsız qalıb

Kişi basketbolçulardan ibarət ABŞ yığması Çində keçirilən dünya çempionatının yarımfinalına yüksələ bilməyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 17:53

Kişi basketbolçulardan ibarət ABŞ yığması Çində keçirilən dünya çempionatının yarımfinalına yüksələ bilməyib. 

 

İnterAz xəbər verir ki, komanda 1/4 finalda Fransa ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 89:79. 

 

Fransa 1/2 finalda Argentina ilə qarşılaşacaq. Daha bir yarımfinalçı - İspaniya isə finala gedən yolda Avstraliya - Çexiya cütünün qalibi ilə görüşəcək. 

 

Qeyd edək ki, yarımfinallar sentyabrın 13-də, final və bürünc medal uğrunda görüş sentyabrın 15-də olacaq.