İdman Arbitraj Məhkəməsi Neymarın cəzasını yüngülləşdirib

İsveçrənin Lozanna şəhərində baş tutan yığıncaqda Fransanın PSJ klubunun futbolçusu Neymarla bağlı məsələyə baxılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 15:08

İdman Arbitraj Məhkəməsinin (CAS) iclası keçirilib.

 

İnterAz-ın APA-ya istinadən məlumatına görə, İsveçrənin Lozanna şəhərində baş tutan yığıncaqda Fransanın PSJ klubunun futbolçusu Neymarla bağlı məsələyə baxılıb.

 

UEFA-nın üç oyunluq diskvalifikasiya etdiyi hücumçunun cəzası yüngülləşdirilib. Braziliyalı yalnız iki avrokubok matçını buraxacaq.

 

Ötən mövsüm PSJ-nin “Mançester Yunayted”ə uduzaraq Çempionlar Liqası ilə vidalaşmasından sonra hakimləri sərt tənqid edən Neymar qrup mərhələsinin ilk iki oyununu buraxacaq. O, “Real” və “Qalatasaray”a qarşı oynamayacaq. Oktyabrın 22-də “Brügge” ilə görüşdə PSJ cənubi amerikalının xidmətindən yararlana biləcək.