Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olunub

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının maskotu təqdim olunub...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 17:04

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının maskotu təqdim olunub. 

 

İnterAz yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, maskot "Bing Dwen Dwen" adlı pandadır. 

 

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.