Rafael Ağayev Moskvada finala yüksəlib

O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla qarşılaşacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 05 Oktyabr 2019, 10:26

Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

 

İnterAz xəbər verir ki, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla qarşılaşacaq.