Makqreqor Nurməhəmmədovu döyüşə çağırıb

Nurməhəmmədovla döyüşündən qısa bir hissə paylaşan Makqreqor videoya “Gəl Moskvada rəqs edək” şərhini yazıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Oktyabr 2019, 09:06

İrlandiyalı döyüşçü Konor Makqreqor Tvitter hesabında rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədova ünvanlanmış tvit yazıb.

 

İnterAz-ın qafqazinfo-ya istinadən məlumatına görə, Nurməhəmmədovla döyüşündən qısa bir hissə paylaşan Makqreqor videoya “Gəl Moskvada rəqs edək” şərhini yazıb.

 

Qeyd edək ki, döyüşçülərin ən son görüşü 1 il əvvəl baş tutub. Həmin görüşdə Nurməhəmmədov Makqreqora qalib gəlib.