Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 13:10

Azərbaycanın FIFA referisi Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb. 

 

İnterAz-ın məlumatına görə, 32 yaşlı beynəlxalq dərəcəli hakim F qrupunun Farer adaları - Rumıniya görüşünü idarə edəcək. Görüş oktyabrın 12-də Torshavn şəhərindəki "Torsvöllür" stadionunda keçiriləcək. 

 

12 oktyabr

 

AVRO-2020

 

Seçmə mərhələ, F qrupu

 

20:00. FARER ADALARI - RUMINİYA

 

Baş hakim: Əliyar Ağayev

 

Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli

 

Dördüncü hakim: Rəhim Həsənov

 

Hakim-inspektor: Stefan Lodc (İngiltərə)

 

UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)