"Milan" yeni baş məşqçisini açıqlayıb

54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 15:33

İtaliyanın "Milan" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

İnterAz klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda həmyerlisi Marko Campaolonu əvəzləyib.

 

Qeyd edək ki, Stefano Pioli son olaraq "Fiorentina" komandasına rəhbərlik edib.