Dünya çempionatında 7 medal qazanan usta cüdoçular Vətənə qayıdıblar

Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında tarixi uğur qazanan Azərbaycan milli komandası Vətənə dönüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Oktyabr 2019, 16:05

Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında tarixi uğur qazanan Azərbaycan milli komandası Vətənə dönüb.

 

İnterAz Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında veteran cüdoçuların qarşılanma mərasimi olub.

 

Qeyd edək ki, fərdi yarışlarda Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov, Elxan Rəcəbli və Rəsul Səlimov qızıl, Vüqar Babayev gümüş, Müşviq Cəfərov bürünc medal qazanıb.