Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd açıqlanıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 07 Noyabr 2019, 10:04

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

 

İnterAz xəbər verir ki, ən yaxşı futbolçu adına braziliyalı Rodriqo (“Real Madrid”, İspaniya), mərakeşli Əşrəf Hakimi (Dortmund “Borussiya”sı, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Min (“Tottenhem”, İngiltərə) iddia edirlər.

 

Həftənin ən yaxşı qoluna gəlincə, burada səs verməyə braziliyalı Duqlas Kostanın (“Yuventus”, İtaliya), fransalı Joffre Kondoqbiyanın (“Valensiya”, İspaniya) və ingiltərəlilər - Rahim Strerlinqlə (“Mançester Siti”, İngiltərə) Aleks Oksley-Çemberlenin (“Liverpul”, İngiltərə) qolları çıxarılıb.

 

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.