Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raundunda rəqibləri bəlli olub

Futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 07 Noyabr 2019, 17:49

Futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılıb.

 

İnterAz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

 

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə birgə C qrupuna düşüb.