Azərbaycan samboçusu dünya çempionatında bürünc medal qazanıb

68 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medala sahib olub...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 18:00

Cənubi Koreyanın Cxoncu şəhərində sambo üzrə dünya çempionatı start götürüb.

 

İnterAz-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan təmsilçisi Emil Həsənov da medal qazana bilib. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medala sahib olub.

 

Qeyd edək ki, sambo qeyri-olimpiya idman növü olsa da, 2018-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən müvəqqəti tanınıb. Cənubi Koreyadakı mundiala noyabrın 10-da yekun vurulacaq.