Finlandiya və İsveç yığmaları AVRO-2020-yə vəsiqə qazanıb

J qrupunda İtaliya Bosniya və Herseqovinanı səfərdə darmadağın edərək, qrupdakı 9-cu matçından da qalib ayrılıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 09:09

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX turun növbəti oyunları başa çatıb.

 

İnterAz-ın məlumatına görə, turun ikinci oyun günündə 3 qrupda 8 görüş keçiriləcək. D qrupunda Danimarka Cəbəllütariqi 5:0 hesabı ilə yensə də, İsveçrə Gürcüstana minimal hesabla qalib gəlib. Lakin bu qələbələrdən sonra da onlar mərhələni təmin edə bilməyiblər. Qrupda ilk 2 pillənin sahibi son turun görüşlərindən sonra müəyyənləşəcək. 

 

F qrupunda 3 qarşılaşma keçirilib. Mərhələni öncədən təmin etmiş İspaniya heç bir iddiası olmayan Maltanın qapısından 7 top keçirib. Norveç Farar adalarına 4:0 hesabı ilə qalib gəlsə də qrupda qalıb. Əvəzində səfərdə Rumıniyaya qalib gələn İsveç yığması qrup ikincisi kimi AVRO-2020-yə yüksəlib. Rumıniya və Norveç isə ümidini Millətlər Liqasından vəsiqəyə bağlayıb.

 

J qrupunda İtaliya Bosniya və Herseqovinanı səfərdə darmadağın edərək, qrupdakı 9-cu matçından da qalib ayrılıb. Bu qrupdan digər vəsiqəyə tarixində ilk dəfə Finlandiya sahib çıxıb. Skandinaviya təmsilçisi Lixtenşteynə 3:0 hesabı ilə qalib gələrək qrup ikincisi olub. Ermənistan isə öz meydanında Yunanıstana uduzub.

 

AVRO-2020

 

Seçmə mərhələ, IX tur

 

15 noyabr

 

D qrupu

 

23:45. Danimarka - Cəbəllütariq - 6:0

 

Qollar: Robert Skov, 12; 64. Kristian Qütkyor, 47. Martin Breytueyt, 51. Kristian Eriksen, 85; 90+4

 

23:45. İsveçrə - Gürcüstan - 1:0

 

Qol: Sedrik İtten, 77

 

Xal durumu: Danimarka - 15 (7), İsveçrə - 14 (7), İrlandiya – 12 xal (7 oyuna), Gürcüstan – 8 (8), Cəbəllütariq – 0 (7).

 

F qrupu

 

21:00. Norveç - Farer Adaları - 4:0

 

Qollar: Tore Reginiussen, 4. İver Fossum, 8. Aleksander Sörlot, 62; 65

 

23:45. Rumıniya - İsveç - 0:2

 

Qollar: Markus Berq, 18. Robin Kvayson, 34

 

23:45. İspaniya - Malta - 7:0

 

Qollar: Alvaro Morata, 23. Santi Kasorla, 41. Pau Torres, 62. Pablo Sarabia, 63. Dani Olmo, 69. Jerar Moreno, 71. Xesus Navas, 85

 

Xal durumu: İspaniya – 23 xal (9 oyuna), İsveç - 18 (9), Rumıniya – 14 (9), Norveç - 14 (9), Farer adaları - 3 (9), Malta - 3 (9).

 

J qrupu

 

21:00. Ermənistan - Yunanıstan - 0:1

 

Qol: Dimitris Limnios, 35

 

21:00. Finlandiya - Lixtenşteyn - 3:0

 

Qollar: Yasse Tuominen, 21. Teemu Pukki, 64 (pen.); 75

 

23:45. Bosniya və Herseqovina - İtaliya - 0:3

 

Qollar: Françesko Açerbi, 21. Lorentso İnsinye, 37. Andrea Belotti, 53

 

Xal durumu: İtaliya – 27 (9 oyuna), Finlandiya – 18 (9), Yunanıstan – 11 (9), Ermənistan - 10 (9), Bosniya və Herseqovina – 10 (9), Lixtenşteyn –2 (9).