Roberto Mançini İtaliya millisinin tarixinə düşüb

...55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 09:34

Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi uğura imza atıb. 

 

İnterAz-ın məlumatına görə, 55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb.

 

Təcrübəli məşqçi AVRO-2020-nin seçmə mərhələsində səfərdə Bosniya və Herseqovinanı məğlub etdikləri (3:0) oyunda buna nail olub. 

 

İtaliya J qrupundakı bütün matçlarını qələbə ilə bitirib, bu oyunlardan öncə isə yoldaşlıq oyununda ABŞ-ı 1:0 hesabı ilə üstələyib. 

 

Yığmadakı əvvəlki rekord 1938-ci ildə ardıcıl doqquz qələbə qazana bilən baş məşqçi Vittorio Pozzoya aid idi. 

 

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin final mərhələsinə vəsiqəni öncədən təmin edib.