Slovakiya - Azərbaycan matçını ukraynalı hakimlər idarə edəcək

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan matçının təyinatları açıqlanıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 14:13

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan matçının təyinatları açıqlanıb.

 

İnterAz-ın məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub.

 

Baş hakim Sergey Boykoya yan xətt hakimləri - Vladimir Volodin və Semen Şlonçak köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

 

Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə şotlandiyalı Skot Struthers olacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi bu gün "Bakcell Arena"da Uelslə qarşılaşacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya - Azərbaycan oyunu isə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.