“Barselona” nın yeni baş məşqçisi Kike Setien olub

Kike Setienin İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçi təyin edilməsi təsdiqlənib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 09:14

Kike Setienin İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçi təyin edilməsi təsdiqlənib.

 

İnterAz xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 

 

Qeyd olunub ki, 62 yaşlı ispaniyalı mütəxəssis kataloniya klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

 

O, baş məşqçi qismində Ernesto Valverdeni əvəz edəcək.