Ən çox gəlir əldə edən futbol klubları bəlli olub

...“Deloitte” konsaltinq şirkətinin hesabatına əsasən 2018/19 mövsümündə ən çox qazanan “Barselona” olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 10:53

Ən çox gəlir əldə edən futbol klublarının siyahısı açıqlanıb.

 

İnterAz-ın məlumatına görə, “Deloitte” konsaltinq şirkətinin hesabatına əsasən 2018/19 mövsümündə ən çox qazanan “Barselona” olub.

 

İspaniya klubu mövsümdə 840,8 milyon avro gəlir götürüb. “Real” 2-ci, “Mançester Yunayted” 3-cü olub. İlk “20-lik”də yalnız “Böyük beşlik” təmsilçiləri yer alıblar.

 

1. Barselona (İspaniya) — 840,8 milyon avro

 

2. Real (İspaniya) — 757,3

 

3. Mançester Yunayted» (İngiltərə) — 711,5

 

4. Bavariya (Almaniya) — 660,1

 

5. PSJ (Fransa) — 635,9

 

6. Mançester Siti (İngiltərə) — 610,6

 

7. Liverpul (İngiltərə) — 604,7

 

8. Tottenhem (İngiltərə) — 521,1 

 

9. Çelsi (İngiltərə) — 513,1

 

10. Yuventus (İtaliya) — 459,7

 

11. Arsenal (İngiltərə) — 445,6

 

12. Borussiya D (Almaniya) — 377,1

 

13. Atletiko (İspaniya) — 367,6

 

14. İnter (İtaliya) — 364,6

 

15. Şalke (Almaniya) — 324,8

 

16. Roma (İtaliya) — 231

 

17. Lion (Fransa) — 220,8

 

18. Vest Xem (İngiltərə) — 216,4

 

19. Everton (İngiltərə) — 213

 

20. Napoli (İtaliya) — 207,4.