Futbol tarixinin ən güclü komandaları bəlli olub

...Siyahıya İspaniya "Barselona"sının 2012-ci ildəki komandası başçılıq edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 11:34

Futbol tarixinin ən güclü komandaları bəlli olub.

 

İnterAz-ın məlumatına görə, bu barədə "Clubelo" nəşri araşdırma aparıb. Siyahıya İspaniya "Barselona"sının 2012-ci ildəki komandası başçılıq edir. 

 

2014-cü ildəki Almaniya "Bavariya"sı ikinci, həmin ilin "Real Madrid" komandası isə üçüncü yerə layiq görülüb.

 

İngiltərənin "Liverpul" klubunun hazırkı heyəti 4-cü, "Real Madrid"in 1961-ci ildəki komandası 5-ci ola bilib. İtaliya "Milan"ı (1993) 6-cı, İngiltərə "Mançester Siti"si (2019) 7-ci, Macarıstan MTK-sı (1955) 8-ci, İngiltərə "Çelsi"si (2008) 9-cu, İngiltərə-nin digər təmsilçisi "Mançester Yunayted" isə (2008) 10-cu pillədə qərarlaşıb.

 

Qeyd edək ki, ilk iki pillədə qərarlaşan tarixin ən güclü komandalarına hazırda "Mançester Siti"də işləyən edən Xoseb Qvardiola rəhbərlik edib. Reytinqdə vurulan qol fərqi, ev sahəsinin üstünlüyü və Avropa çempionatları arasındakı güc fərqi nəzərə alınıb.