Güləşçilərimiz vətənə qayıdıb

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edən Yunan-Roma güləşçilərimiz artıq vətənə qayıdıblar...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 08:32

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edən Yunan-Roma güləşçilərimiz artıq vətənə qayıdıblar.

 

İnterAz xəbər verir ki, idmançılarımızı Heydər Əliyev adına hava lmanında idman ictimaiyyəti, jurnalistlər, azarkeşlər qarşılayıb.

 

Qeyd edək ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan güləşçilərimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan sonra ikinci olub. Türkiyə isə 90 xalla 3-cü pillədə qərarlaşıb.