"Simurq" növbəti yoxlama oyununa çıxacaq

Görüş Antalyanın Lara bölgəsində yerləşən "Mirakle İdman Mərkəzi"nin stadionunda keçiriləcək

Bakı, İlkin Məmmədov, İnteraz - 21 Yanvar 2015, 12:27

"Simurq" bu gün Antalya toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxacaq.

 

İnterAz xəbər verir ki, Zaqatala təmilçisi Bakı vaxtı ilə saat 18:00-da Rumıniyanın "Astra" klubu ilə qarşılaşcaq.

 

Görüş Antalyanın Lara bölgəsində yerləşən "Mirakle İdman Mərkəzi"nin stadionunda keçiriləcək.