"Xəzər-Lənkəran" və "Qarabağ"ın oyunlarını idarə edəcək hakimlər məlum olub

Hakimlərimiz klublarımızdan "Simurq", "Xəzər Lənkəran" və "Qarabağ"ın oyunlarına təyinat alıblar

Bakı, İlkin Məmmədov, İnteraz - 21 Yanvar 2015, 17:24

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bu gün 7 oyun idarə edəcəklər.

 

İnterAz PFl-in rəsmi saytına istinadən xəbər verir ki, hakimlərimiz klublarımızdan "Simurq", "Xəzər Lənkəran" və "Qarabağ"ın oyunlarına təyinat alıblar. 21 yanvar “Vorskla” – “Levski” Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Azər Əsgərov “Astra” – “Simurq” Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Kamran Bayramov “Okjetpes” – “Metallurq” Hakimlər: Elvin Əsgərov, Cavanşir Yusifov, Nahid Əliyev “Xəzər Lənkəran” – “Krayevo” Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə “Qarabağ” – “Surix” Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov “Vidzev” – “Brazima” Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Coşqun Həsənov Azərbaycan (U-17) ikitərəfli yoxlama görüşü Hakimlər: Nahid Xasıyev, Vüsal Qənbərov, Vüqar Bayramov.