Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Tokio-2020-nin təxirə salındığını açıqlayıb
Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Mart 2020, 10:14
Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq.
İnterAz-ın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Pound açıqlayıb.
O bildirib ki, Yaponiyada keçirilməsi nəzərdə tutulan Olimpiyada gələn il keçiriləcək: "Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm".
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust tarixlərində keçirilməlidir.