Futbol üzrə Avstraliya çempionatı dayandırılıb

Futbol üzrə Avstraliya çempionatı qeyri-müəyyən müddətə dayandırılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Mart 2020, 11:07

Futbol üzrə Avstraliya çempionatı qeyri-müəyyən müddətə dayandırılıb.

 

İnterAz-ın Avstraliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna koronavirus pandemiyası səbəb olub. 

 

Ölkənin bir çox şəhərində karantin tətbiq olunub, insanların hərəkəti məhdudlaşdırılıb.

 

Məhz bunlara görə aprelin 22-dək çempionatın bütün oyunları təxirə salınıb.