Azərbaycanlı hakimlər koronavirus testindən keçəcək

...Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə bu həftə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcək

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 May 2020, 16:08

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə bu həftə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcək.

 

İnterAz xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Bununla yanaşı, assosiasiya Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib.