Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb

“Formula-1” üzrə dünya çempionatının ilkin təqvimi açıqlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 May 2020, 10:05

“Formula-1” üzrə dünya çempionatının ilkin təqvimi açıqlanıb.

 

İnterAz-ın apa-ya istinadən məlumatına görə, “Autosport” koronavirus pandemiyası üzündən hələ də başlamayan 2020-ci il mövsümünün təqvimini dərc edib.

 

İlkin təqvim “Formula-1”, “Formula-2” və “Formula-3” yarışlarını əhatə edir. 12 mərhələdən ibarət çempionatın Azərbaycan Qran-Prisinin vaxtı da açıqlanıb.

 

Bakıdakı mərhələ sentyabrın 19-20-nə planlaşdırılıb. “Autosport”un təqviminə əsasən hələlik yalnız “Formula-2”nin ölkəmizdə keçirilməsi dəqiqdir.

 

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə əsasən təqvim dərc etmişdi. Azərbaycan Qran-Prisi həmin təqvimdə daha tez – sentyabrın 5-6-da təşkil olunacağı bildirilirdi.

 

4-5 iyul – Avstriya

 

11-12 iyul – Avstriya

 

25-26 iyul – Böyük Britaniya

 

1-2 avqust – Böyük Britaniya

 

8-9 avqust – Almaniya və ya İspaniya

 

22-23 avqust - Macarıstan

 

29-30 avqust – Belçika

 

5-6 sentyabr – İtaliya

 

19-20 sentyabr – Azərbaycan (hələlik yalnız “Formula-2”)

 

26-27 sentyabr – Rusiya (hələlik yalnız “Formula-2”)

 

5-6 dekabr – Bəhreyn

 

12-13 dekabr – BƏƏ.