"Beşiktaş"ın daha 8 üzvü koronavirusa yoluxub

...Türkiyənin "Beşiktaş" klubunun daha 8 üzvü koronavirusa yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 May 2020, 14:26

Türkiyənin "Beşiktaş" klubunun daha 8 üzvü koronavirusa yoluxub. 

 

İnterAz xəbər verir ki, mayın 13-də klubun bazasında bütün futbolçular, texniki heyət və bazada çalışanlardan nümunə götürülüb. Onlardan 8-nin nəticəsi müsbət olub. 

 

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb və hər birinin müalicəsinə başlanılıb. 

 

Qeyd edək ki, daha öncə "Beşiktaş"ın iki üzvü koronavirusa yoluxub. Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.