"Beşiktaş"ın prezidenti koronavirusa yoluxub

...Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi koronavirusa yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 May 2020, 15:51

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi koronavirusa yoluxub. 

 

İnterAz xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 61 yaşlı funksionerin müalicəsinə başlanılıb. 

 

Qeyd edək ki, daha öncə "Beşiktaş" klubunda 8 nəfərdə koronavirus aşkarlandığı bəlli olub.