Avropada ölkə çempionatlarının bərpa tarixi məlum olub - Siyahı

Koronavirus pandemiyası səbəbindən Avropada dayandırılan 53 ölkə çempionatının aqibəti bir-bir bəlli olur...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 May 2020, 14:39

Koronavirus pandemiyası səbəbindən Avropada dayandırılan 53 ölkə çempionatının aqibəti bir-bir bəlli olur.

 

İnterAz-ın apa-ya istinadən məlumatına görə, artıq sabah Almaniya Bundesliqasında mübarizə bərpa olunacaq.

 

Almanlarla yanaşı, daha bir neçə ölkə hazırkı duruma əsasən, bərpa tarixini müəyyənləşdirib. Ümumilikdə 27 liqanın konkret bərpa günü təyin olunub. Hər şey plana uyğun şəkildə gedərsə, may ayında 11 ölkədə çempionat qaldığı yerdən davam edəcək. 16 çempionatın isə iyunda bərpa olunması planlaşdırılıb.

 

Azərbaycan Premyer Liqası da daxil olmaqla 20 ölkədə hələ də qeyri-müəyyənlik hökm sürür. Fransa, Cəbəllütariq, Niderland və Lüksemburqda mövsüm artıq başa çatdırılıb. Belçika və Farer adaları da tezliklə bu addıma əl atmağa hazırlaşır.

 

Hazırda Avropada yalnız Belarusda mövsüm davam edir. Lakin bu ölkədə koronavirusun yayılma sürəti artdığından, çempionatın dayandırılması istisna olunmur.

 

Qeyd edək ki, Avropada yalnız Lixtenşteyndə ölkə çempionatı keçirilmir.

 

Çempionatların təxmini bərpa tarixi:

 

Almaniya - 16 may

 

Macarıstan - 23 may

 

Çexiya - 23 may

 

Danimarka - 28 may

 

Avstriya - 29 may

 

Polşa - 29 may

 

Xorvatiya - 30 may

 

İsrail - 30 may

 

Litva - 30 may

 

Ukrayna - 30 may

 

Serbiya - 30 may

 

Monteneqro - 1 iyun

 

Albaniya - 3 iyun

 

Portuqaliya - 4 iyun

 

Slovakiya - 6 iyun

 

Sloveniya - 6 iyun

 

İsveçrə - 8 iyun

 

Türkiyə - 12 iyun

 

İngiltərə - 12 iyun

 

İslandiya - 13 iyun

 

İtaliya - 13 iyun

 

Yunanıstan - 14 iyun

 

İsveç - 14 iyun

 

Norveç - 16 iyun

 

Finlandiya - 17 iyun

 

Bolqarıstan - 5 və ya 12 iyun

 

İspaniya - 12 və ya 19 iyun

 

Belarus – dayandırıla bilər

 

Azərbaycan - qeyri-müəyyən

 

Andorra – qeyri-müəyyən

 

Ermənistan - qeyri-müəyyən

 

Bosniya və Herseqovina - qeyri-müəyyən

 

Qazaxıstan - qeyri-müəyyən

 

Kipr - qeyri-müəyyən

 

Şotlandiya - qeyri-müəyyən

 

Estoniya - qeyri-müəyyən

 

Gürcüstan - qeyri-müəyyən

 

İrlandiya - qeyri-müəyyən

 

Şimali İrlandiya - qeyri-müəyyən

 

Kosovo - qeyri-müəyyən

 

Latviya - qeyri-müəyyən

 

Şimali Makedoniya - qeyri-müəyyən

 

Malta - qeyri-müəyyən

 

Moldova - qeyri-müəyyən

 

Uels - qeyri-müəyyən

 

Rumıniya - qeyri-müəyyən

 

Rusiya - qeyri-müəyyən

 

San Marino - qeyri-müəyyən

 

Belçika – başa çatmaq üzrədir

 

Farer adaları - başa çatmaq üzrədir

 

Fransa – başa çatıb

 

Cəbəllütariq - başa çatıb

 

Niderland – başa çatıb

 

Lüksemburq – başa çatıb