Azərbaycan Premyer Liqasına qoyulmuş qadağa götürülmədi

...Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 15 May 2020, 16:20

Azərbaycanda xüsusi karantin rejimi müddətində idman sahəsində tətbiq olunmuş məhdudiyyətlər qüvvədə qalıb.

 

Bu barədə İnterAz-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

 

Bildirilib ki, idman zallarının fəaliyyətinin, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla) qərarı dəyişdirilməyib. 

 

Bu isə o deməkdir ki, Azərbaycanda idman yarışları, o cümlədən futbol matçları yaxın vaxtlarda bərpa olunmayacaq. 

 

Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.