Aleksander Çeferin: "Liqalardan 80 faizi mövsümü başa çatdıracaq"

...Sloveniyalı koronavirus pandemiyası üzündən yarımçıq dayanan milli çempionatlar barədə fikirlərini açıqlayıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 16 May 2020, 15:42

“Düşünürəm ki, liqalardan 80 faizi mövsümü başa çatdıracaq. Hər kəs öz seçimində azaddır”.

 


İnterAz-ın məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.



Sloveniyalı koronavirus pandemiyası üzündən yarımçıq dayanan milli çempionatlar barədə fikirlərini açıqlayıb: “Çempionlar Liqası və Avropa Liqasının baş tutmayan oyunlarına gəlincə, matçların tarixlərini təsdiqləməli olan İcraiyyə Komitəsinin qərarlarını gözləməliyik. Əgər heç nə dəyişməsə və indiki kimi qalsa, avqustda başa çata biləcəyini deyə bilmərəm”.