“Beşiktaş”ın prezidenti koronavirusdan sağalıb

...Onun son testinin nəticəsi neqativ çıxıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 11:38

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi koronavirusa qalib gəlib.

 

İnterAz-ın məlumatına görə, klub rəhbəri artıq tamam sağalıb.

 

Onun son testinin nəticəsi neqativ çıxıb. Bu günlərdə klubun futbolçu, məşqçi heyəti və baza işçiləri növbəti dəfə koronavirus testindən keçib və heç birində bu xəstəlik aşkarlanmayıb.

 

 

Qeyd edək ki, bir müddət əvvəl “Beşiktaş”da 8 nəfər koronavirusa yoluxub, lakin sonradan sağalıb.