"Bavariya" ardıcıl 8-ci dəfə Almaniya Bundesliqasının qalibi olub

"Bavariya"nın turnir cədvəlində 66 xalla ən yaxın izləyicisi olan Dortmund "Borussiya"sı Münhen təmsilçisinə çatmaq şansını itirdi...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Iyun 2020, 10:14

"Bavariya" futbol klubu ardıcıl 8-ci dəfə Almaniya Bundesliqasının qalibi olub.

 

İnterAz-ın məlumatına görə, Münhen şəhərinin təmsilçisi bu gün səfərdə Bremen təmsilçisi "Verder" üzərində 1:0 hesablı qələbə qazanaraq 32 oyundan sonra xallarının sayını 76-ya çatdırıb.

 

"Bavariya"nın turnir cədvəlində 66 xalla ən yaxın izləyicisi olan Dortmund "Borussiya"sı Münhen təmsilçisinə çatmaq şansını itirdi.

 

Beləliklə, "Bavariya" futbol üzrə Almaniya çempionatının 30-cu dəfə, ardıcıl olaraq isə 8-ci dəfə qalibi oldu. Bundan əlavə Münhen təmsilçisi 19 dəfə Almaniya Kubokunun və 7 dəfə Superkubokun qalibi olub. Klub 5 dəfə Çempionlar Liqasında qələbə qazanıb.