AVRO-2020-nin ev sahibləri dəqiqləşib

...AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları dəqiqləşib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Iyun 2020, 17:09

AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları dəqiqləşib.

 

İnterAz-ın “Sky Sport”a istinadən məlumatına görə, UEFA qitə birinciliyinin 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib.

 

Koronavirus pandemiyası səbəbindən gələn ilə ertələnən turnirin oyunları öncədən də nəzərdə tutulduğu kimi, Roma, Bakı, Kopenhagen, Münhen, London, Dublin, Amsterdam, Buxarest, Sankt-Petreburq, Qlazqo, Bilbao və Budapeştdə baş tutacaq. UEFA İcraiyyə Komitəsi bu gün keçiriləcək iclasdan sonra bununla bağlı məlumat yayacaq.

 

Qeyd edək ki, AVRO-2020-nin matçları 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.