Azərbaycan millisinin oyunlarının vaxtı məlum olub

...AVRO-2020-nin pley-off qarşılaşmaları 8 oktyabr, 12 noyabrda reallaşacaq

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Iyun 2020, 14:10

UEFA Millətlər Liqasında 2020/2021 mövsümünün yeni təqvimi açıqlanıb.

 

İnterAz-ın məlumatına görə, qrup mərhələsinin oyunları 3/4/5 sentyabr, 6/7/8 sentyabr, 10/11 oktyabr, 13/14 oktyabr, 14/15 noyabr, 17/18 noyabrda olacaq.

 

Yığma komandalar yoldaşlıq görüşlərini 7/8 oktyabr və 11/12 noyabrda keçirəcəklər.

 

AVRO-2020-nin pley-off qarşılaşmaları 8 oktyabr, 12 noyabrda reallaşacaq.

 

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.