“Real” Modriçin formasını 7 min avroya satıb

“Real” rəhbərliyi futbolçularının formasının satışını təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Iyun 2020, 16:33

“Real” rəhbərliyi futbolçularının formasının satışını təşkil edib.

 

İnterAz xəbər verir ki, auksiona futbolçuların “Eybar”la oyunda geyindikləri formalar çıxarılıb.

 

Ən baha Luka Modriçin forması satılıb. Xorvatın formasına 7 min avro ödəyiblər.

 

Eden Azarın forması 3,2, Serxio Ramosun futbolkası isə 3,1 min avroya satılıb. Qaret Beylin formasına isə tələbat aşağı olub . Ona görə də, uelslinin formasına cəmisi 1,5 min avro veriblər.

 

Auksionda toplanan vəsait “Real”ın sosial idman layihələrinə yönəldiləcək. Növbəti hərracda "Real"ın futbolçularının "Valensiya" ilə oyunda (3: 0) geyindiyi futbolkalar satılacaq.