Avropa Liqasında mübarizə aparacaq 53 klub müəyyənləşib

...Avropa Liqasının 2020/21 mövsümündə I təsnifat mərhələsində çıxış edəcək 94 komandadan 53-ü bəllidir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 20 Iyun 2020, 14:41

Avropa Liqasının 2020/21 mövsümündə I təsnifat mərhələsində çıxış edəcək 94 komandadan 53-ü bəllidir.

 

İnterAz-ın məlumatına görə, yarışa bu raunddan qoşulacaq komandalardan üçü Azərbaycan təmsilçiləri olacaq.

 

Premyer Liqanın gümüş mükafatçısı “Neftçi”, bürünc medalçı “Keşlə” və 4-cü yeri tutan “Sumqayıt” ikinci dərəcəli qitə klub turnirində qüvvəsini sınayacaq. Mübarizəyə I təsnifat mərhələsindən başlayan 86 komanda və ilkin mərhələsinin 8 cütü püşk zamanı iki səbətə bölünəcək.

 

Bu, UEFA reytinqinə əsasən gerçəkləşəcək. Azərbaycan komandaları eyni əmsala malikdir. Təmsilçilərimizin reytinqi 3,750-dir.

 

Onlar hazırda 53 komanda arasında 25-28-ci yerləri bölüşən dörd klub sırasındadır. Bu üzdən onların hansı səbətdə yer alacağı dəqiqləşməyib. 53 iştirakçıdan yalnız ilk altısı səpələnmiş, son altısı səpələnməmişlərdən olacağını təmin edib. Təmsilçisi bəlli olmayan ölkə klublarının əmsallarını nəzərdən keçirsək, bizim komandalar böyük ehtimalla səpələnmişlərdən olacaq.

 

Qeyd edək ki, Avropa Liqasında yeni mövsüm avqustda başlayacaq.

 

Avropa Liqası, 2020/21 mövsümü

I təsnifat mərhələsi

Səpələnmişlər

APOEL (Kipr) – 27,500

“Rusenborq” (Norveç) – 13,500

“Apollon” (Kipr) – 12,500

“Fehervar” (Macarıstan) – 10,500

“Şkendiya” (Şimali Makedoniya) – 7,250

TNS (Uels) – 7,000

Qeyri-müəyyənlər

“Dinamo” (Mn, Belarus) – 7,000

“Zrinski” (Bosniya və Herseqovina) – 6,250

“Kayrat” (Qazaxıstan) – 6,000

“Jalgiris” (V, Litva) – 6,000

“Motervell” (Şotlandiya) – 5,750

“Vaduts” (Lixtenşteyn) – 5,500

“Ventspils” (Latviya) – 5,250

“Valletta” (Malta) – 5,250

“Topola” (Serbiya) – 5,100

“Nomme Kalyu” (Estoniya) – 5,000

 “Şaxtyor” (Belarus) – 4,750

“Hammarbü” (İsveç) – 4,550

“Hafnarfyordur” (İslandiya) – 4,500

“Bode Qlimt” (Norveç) – 4,350

“Riterlay” (Litva) – 4,250

“Proqress” (Lüksemburq) – 4,250

“Honved” (Macarıstan) – 4,000

“Ordabası” (Qazaxıstan) – 3,850

“Neftçi” (Azərbaycan) – 3,750

“Keşlə” (Azərbaycan) – 3,750

“Sumqayıt” (Azərbaycan) – 3,750

“Şemrok Rovers” (İrlandiya) – 3,750

“Hibernians” (Malta) – 3,250

“Levadiya” (Estoniya) – 3,250

“Saburtalo” (Gürcüstan) – 3,250

“Jelezniçar” (Bosniya və Herseqovina) – 3,000

“Petrokub” (Moldova) – 2,000

“Differdanj” (Lüksemburq) – 1,600

“Union” (Lüksemburq) – 1,600

“Jalgiris” (K, Litva) – 1,575

RFS (Latviya) – 1,525

“Valmiera” (Latviya) – 1,525

“Sileks” (Şimali Makedoniya) – 1,475

“Renova” (Şimali Makedoniya) – 1,475

“Sfantul” (Moldova) – 1,375

“Borats” (Bosniya və Herseqovina) – 1,375

“Bohemians” (İrlandiya) – 1,340

“Derri” (İrlandiya) – 1,340

“İlves” (Finlandiya) – 1,300

“İnter” (Finlandiya) – 1,300

“Honka” (Finlandiya) – 1,300

Səpələnməmişlər

“Breydablik” (İslandiya) – 1,250

“Bala Taun” (Uels) – 1,250

“Sirens” (Malta) – 1,150

“Lokomotiv” (Gürcüstan) – 1,150

“Dinamo” (Bt, Gürcüstan) – 1,150

“Vikinqur” (İslandiya) – 1,075