"Real" yenidən liderliyə yüksəlib

Futbol üzrə İspaniya La Liqasının 30-cu turunun növbəti oyunu keçirilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Iyun 2020, 09:35

Futbol üzrə İspaniya La Liqasının 30-cu turunun növbəti oyunu keçirilib.

 

İnterAz xəbər verir ki, “Real Madrid” səfərdə “Real Sosyedad” komandası ilə görüşüb.

 

İkinci hissədə hesabı 11 metrlik cərimə zərbəsi ilə Serxio Ramos açıb.

 

Oyununn 71-ci dəqiqəsində “Real Madrid” hesab arasındakı fərqi artırıb, Kərim Benzema fərqlənib.

 

Görüşün 83-cü dəqiqəsində Mikel Mirino qollardan birinin əvəzini çıxıb.

 

Bununla da 65 xal yığan “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib, “Real Sosyedad” isə 47 xalla 6-cı yerdə qərarlaşıb.