Ronaldo daha bir rekorda imza atıb

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo daha bir rekorda imza atıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Iyun 2020, 13:17

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

 

İnterAz-ın məlumatına görə, “Yuventus”un hücumçusu ötən gün “Bolonya”ya qol vurmaqla İtaliya çempionatında qolların sayını 43-ə çatdırıb.

 

Bununla da o, İtliyada ən çox qol vurmuş portuqaliyalı futbolçu olub. İndiyədək bu adı 42 qolla Ruy Koşta daşıyırdı. O, 1994-2006-cı illərdə “Fiorentina” və “Milan”da iştirak edib.

 

Qeyd edək ki, “Yuventus” ötən gün “Bolonya”nı 2-0 hesabı ilə məğlub edib.