Türkiyə klubu baş məşqçini istefaya göndərib

...Türkiyə klubu "Ankaragücü"də baş məşqçi istefası reallaşıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 23 Iyun 2020, 17:10

Türkiyə klubu "Ankaragücü"də baş məşqçi istefası reallaşıb.

 

İnterAz-ın məlumatına görə, paytaxt təmsilçisi çalışdırıcısı Mustafa Reşit Akçayı istefaya göndərib.

 

Super Liqa klubunun prezidenti Fatih Mərt bu qərarı qəbul etmələrinin səbəbi kimi, Akçayın "Trabzonspor"la bağlı səsləndirdiyi qeyri-etik fikirləri göstərib.

 

Qeyd edək ki, "Ankaragücü" 28 turdan sonra 24 xalla Super Liqada son pillədə qərarlaşır.