Azərbaycan koronavirusla bağlı İraqa yardım göndərib

Azərbaycan koronavirus pandemiyası ilə bağlı tibbi ləvazimatlardan ibarət 25 tonluq yardım yükünü İraqa göndərib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 16:46

Azərbaycan koronavirus pandemiyası ilə bağlı tibbi ləvazimatlardan ibarət 25 tonluq yardım yükünü İraqa göndərib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İraq koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasından tibbi ləvazimatlardan ibarət 25 tonluq yardım yükünü təhvil alıb.

 

Əlavə edilib ki, İraqın Bakıdakı səfirliyinin koordinasiyası ilə Azərbaycan tərəfinin təqdim etdiyi yardım yükü bu gün Bağdada gətirilib.