"Mançester Siti" Messinin yeni klubu ola bilər

İspaniyanın "Barselona" klubunun oyunçusu Lionel Messinin klubdan ayrılma ehtimalı çox yüksəkdir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Iyul 2020, 15:58

İspaniyanın "Barselona" klubunun oyunçusu Lionel Messinin klubdan ayrılma ehtimalı çox yüksəkdir. Əgər bu baş verərsə onun növbəti komandası İngiltərənin "Mançester Siti" klubu olacaq.

 

İnterAz Gazeta.Ru-ya istinadla xəbər verir ki, bu barədə argentinalı jurnalist Kristian Martin "İnstaqram" səhifəsində məlumat verib.

 

"Leo Messinin "Barselona"nı tərk etməsi və "Mançester Siti"yə keçməsi ehtimalı realdır. Bu məlumatı Kataloniya və İngiltərədəki mənbələrim təsdiqləyir", jurnalist yazıb.