Çempionlar Liqası: 1/4 final və yarımfinal cütləri məlum olub

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçirilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Iyul 2020, 15:08

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçirilib.

 

İnterAz-ın məlumatına görə, mərasimdə 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşib.

 

12-15 avqust

 

1/4 final

 

1. "Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi

 

2. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

 

3. "Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

 

4. "Atalanta" (İtaliya) - PSJ (Fransa)

 

18-19 avqust

 

Yarımfinal

 

1 cütünün qalibi - 3 cütünün qalibi

 

2 cütünün qalibi - 4 cütünün qalibi

 

Qeyd edək ki, 1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.

 

1/8 final mərhələsinin 4 cavab görüşü isə 7-8 avqust tarixlərində olacaq. Final matçı isə avqustun 23-də baş tutacaq.Həmin qarşılaşmada "Leyptsiq" (Almaniya) / "Atletiko" (Madrid, İspaniya) - "Atalanta" (İtaliya) / PSJ (Fransa) cütləri arasındakı görüşün qalibi nominal meydan sahibi sayılacaq.