İngiltərə Premyer Liqasında yeni mövsümün start vaxtı açıqlanıb

... 2020/2021 mövsümü sentyabrın 12-də start götürəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Iyul 2020, 17:59

Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti mövsümün başlayacağı tarix bəlli olub.

 

İnterAz yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 2020/2021 mövsümü sentyabrın 12-də start götürəcək.

 

Çempionata gələn il mayın 23-də yekun vurulacaq.

 

Qeyd edək ki, hazırkı mövsüm iyulun 26-da bitəcək. Çempion adını 30 ildən sonra "Liverpul" qazanıb.