Xavi Ernandes koronavirusa yoluxub

İspaniya millisinin və “Barselona klubunun sabiq yarımmüdafiəçisi Xavi Ernandes koronavirusa yoluxub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Iyul 2020, 15:35

İspaniya millisinin və “Barselona klubunun sabiq yarımmüdafiəçisi Xavi Ernandes koronavirusa yoluxub.

 

İnterAz xəbər verir ki, bu barədə o, İnstaqram hesabında yazıb.

 

“Bir neçə gün əvvəl koronavirus infeksiyası ilə bağlı verdiyim test nəticələrim müsbət çıxdı. Xoşbəxtlikdən yaxşıyam. Bununla belə, xəstəlik keçib gedənədək karantin şəraitində qalacam. Həkimlərin icazəsindən sonra gündəlik işimə qayıdacam”.

 

Qeyd edək ki, Xavi Ernandes hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisidir.