Pedro “Çelsi”dən getdiyini açıqlayıb

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro komandanı tərk edəcəyini açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Iyul 2020, 13:13

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro komandanı tərk edəcəyini açıqlayıb.

 

İnterAz-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Premyer Liqanın son turunun “Vulverhempton”la qarşılaşmanın (2:0) sonuncu ev matçı olduğunu bəyan edib.

 

Pedro sosial şəbəkə paylaşımında bildirib ki, “Stemford Bric”də son oyununu keçirib: “Stemford Bric”də son oyunum. Bütün azarkeşlərə təşəkkür edirəm. İndi İngiltərə kuboku üçün mübarizə aparacağıq”.

 

Qeyd edək ki, 2015-ci ildən “Çelsi”də oynayan 32 yaşlı futbolçunun “Roma”ya keçəcəyi gözlənilir.