Qətər Olimpiada-2032-yə ev sahibliyi etmək üçün namizədliyini verib

2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibliyinə daha bir namizəd bəlli olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Iyul 2020, 15:28

2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibliyinə daha bir namizəd bəlli olub.

 

İnterAz-ın məlumatına görə, DÇ-2022-ni qəbul edəcək Qətər dördilliyin multiidman yarışına da ev sahibliyi etmək niyyətindədir.

 

Asiya təmsilçisi bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi məktub göndərib. Müraciətdə bildirilir ki, Qətər böyük idman tədbirlərinin təşkilində dünya səviyyəli reputasiyaya malikdir. Sənəddə ölkənin bu yöndə zəngin təcrübəsi və istəyi də qeyd olunub.

 

Qeyd edək ki, Qətərdən başqa Avstraliya, Hindistan, Çin, Cənubi və Şimali Koreya Olimpiada-2032-yə ev sahibliyi niyyətini açıqlayıb.