Həbib Nurməhəmmədov: Atamın planlarını sona çatdırmağı özümə borc bilirəm

...Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov iyulun 3-də koronavirusdan vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Iyul 2020, 17:14

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov, Dağıstanda idman obyektlərinin tikintisinə nəzarət edən atasının işini davam etdirmək istədiyini bildirib.

 

“Hamını salamlamaq, atama göstərilən hörmət və inama görə hər kəsə təşəkkür etmək istəyirəm. Onun çox planları var idi və bunları sona çatdırmağı özümə borc bilirəm", o deyib.

 

Qeyd edək ki, Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov iyulun 3-də koronavirusdan vəfat edib.

 

İnterAz Gazeta.ru-ya istinadla xəbər verir ki, Həbib növbəti döyüşündə UFC-nin müvəqqəti çempionu Jastin Qetji ilə görüşəcək.