Messi La Liqada daha bir nailiyyətə imza atıb

İspaniya La Liqasında 2019/2020 mövsümünün ən yaxşı driblinqə malik futbolçusunun adı açıqlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Iyul 2020, 10:29

İspaniya La Liqasında 2019/2020 mövsümünün ən yaxşı driblinqə malik futbolçusunun adı açıqlanıb.

 

İnterAz "Marca"ya istinadən xəbər verir ki, geridə qalan çempionatda 182 uğurlu driblinq edən "Barselona"nın kapitanı Lionel Messi bütün rəqiblərini qabaqlayıb. Argentinalı hücumçu son 10 ildə ardıcıl 6-cı dəfə bu göstəricidə qalib olub.

 

İkinci pillədə "Betis"in hücumçusu Nabil Fekir yer alıb. Onun aktivində 98 driblinq var. İlk "üçlüy"ü "Vilyarreal"dan Andre Zambo-Angissa tamamlayıb.

 

Qeyd edək ki, Lionel Messi 2010/2011 mövsümündə 186 uğurlu driblinqlə ən yaxşı seçilib. Son 12 ildə onun bu uğurunu təkrarlayan olmayıb.

 

"Barselona" 2019/2020 mövsümünü 82 xalla 2-ci sırada başa vurub. Çempionluq tituluna isə kataloniyalıları 7 xal qabaqlayan "Real Madrid" sahib çıxıb.