Bu gün "Real" və "Barselona" növbəti dəfə üz-üz gələcək
İspaniya çempionatında 10-cu turun ən möhtəşəm qarşıdurması baş tutacaq
Bakı, Tural Səftərov, Vüsal Nəbiyev, İnteraz - 26 Oktyabr 2013, 11:15
Bu gün İspaniya La Liqasında 10-cu turun oyunları çərçivəsində növbəti "El-Clasiko" baş tutacaq. Belə ki , bütün dünyada böyük maraqla izlənilən “Barselona” və “Real Madrid” klubları qarşı-qarşıya gələcək.
Nou Kampda, "Barselona"-nın öz meydanında keçiriləcək oyun öncəsi ötən gün klublar son məşqini edib. Turnir cədvəlinə 25 xalla başçılıq edən “Barselona” əzəli rəqibi “Real”-ı hazırda 3 xal qabaqlayır.
Oyun Bakı vaxtilə saat 21:00-da başlayacaq.