"Barselona" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

...komanda niderlandlı Ronald Kumana tapşırılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Avqust 2020, 14:02

İspaniyanın "Barselona" klubu yeni baş məşqçisini açıqlayıb. 

 

İnterAz Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda niderlandlı Ronald Kumana tapşırılıb. 

 

57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda istefaya göndərilmiş Kike Setyeni əvəzləyib. 

 

Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Ronald Kuman futbolçu karyerasında 1989 - 1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998 - 2000-ci illərdə komandada köməkçi məşqçi işləyib.